Super Liqa klubu 3 legioneri ilə vidalaşdı
Türkiyənin “Rizəspor” klubu 3 futbolçusu ilə vidalaşmağa qərar verib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi legionerləri Dimitrios Çatzisayas, Nill De Pau və Mustafa Əl Kabiri transferə çıxarıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda, baş məşqçi İsmail Kartalın sözügedən legionerlərin xidmətində maraqlı olmadığı, əvəzində yeni oyunçular axtardıqları qeyd olunub. Bu üç futbolçu hətta komandanın ikinci dövrə üçün hazırlıq prosesinə də cəlb olunmayacaq. Onlara özlərinə klub tapmaları tapşırılıb.
Məşqçilər korpusunun digər qərarı ilə Yusuf Acer də hələlik adı açıqlanmayan bir komandaya icarəyə veriləcək.
Çatzisayas bu mövsüm Super Liqada 9, De Pau 7, Əl Kabir 2 oyuna çıxıbsa, Acer ümumiyyətlə forma şansı qazanmayıb.
Bizi Facebook-da izləyin