Çempionlar Liqasının yeni formatını təriflədi – PSJ-nin prezidenti
PSJ-nin prezidenti Nasser Əl-Xələfi UEFA Çempionlar Liqasının yeni formatı haqda danışıb.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, o, Super Liqanı formalaşdırmaq istəyən klublara üstünlük vermək lazım olmadığını deyib:
“Futbol ənənəyə əsaslanır, lakin yenilikçi, yaradıcı olmalıdır. Azarkeşləri cəlb etmək və matçları daha da maraqlı etmək üçün daha çox şey edilə bilər. Məsələn, oyunçuların və matçın ətrafında baş verən hər şey haqqında danışa bilərsiz. Çempionlar Liqasının yeni formatı gəlirlərin əhəmiyyətli dərəcədə artması sayəsində artıq onu göstərir ki, biz iki və ya üç Super Liqa klubuna üstünlük vermədən də inkişaf edə bilərik”.
Ötən il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin