Super Liqa klubları “Neftçi”nin müdafiəçisini istəyir
“Neftçi”nin müdafiəçisi Mert Çelik Türkiyə klublarının maraq dairəsinə düşüb.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan 21 yaşlı futbolçu ilə “Fatih Karagümrük” və “Qaziantep” klubları yaxından maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə Super Liqa klublarının gənc müdafiəçi ilə bağlı təklif irəli sürdüyü bildirilir. Hətta “Fənərbaxça” və “Qalatasaray” klublarının da onu heyətinə qatmaq istədiyi iddia edilir.
Mert Çelik müqavilə ilə “Başakşəhər” klubuna məxsusdur. Gənc stopper “Neftçi”də icarə əsasında forma geyinir.
“Transfermarkt” nəşri Mert Çelikin transfer dəyərinin hazırda 350 min avro olduğunu yazır. O, bu mövsüm “Neftçi”də 18 matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin