“Super Liqa kimi cəfəng layihələrdən bezmişəm” – UEFA prezidenti
UEFA prezidenti Aleksander Çeferin növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək.
Komanda.az xəbər verir ki, bunu sloveniyalı funksioner Fransanın paytaxtı Parisdə keçirilən qitə futbol qurumunun 48-ci konqresində açıqlayıb.
O bildirib ki, 2027-ci ildə hazırkı işinə son qoyacaq:
“Koronavirus pandemiyasından, münaqişələrdən, Super Liqa kimi cəfəng layihələrdən, özü-özünü təyin edən əxlaqi avtoritetlərdən bezmişəm. Fırtınada gəmini yaxşı idarə etməyi bacaran kapitan olduğum üçün fəxr edə bilərəm. 6 ay əvvəl qərar verdim ki, növbəti seçkidə namizədliyimi irəli sürməyim. Səbəblər arasında “təzə qan”a ehtiyac olması və ailəmə çox vaxt ayıra bilməməyim də var”.
Aleksander Çeferin 2016-cı ildən UEFA-ya rəhbərlik edir. Qitə futbol qurumunda növbəti prezident seçkisi 2027-ci ildə keçiriləcək.
Bizi Facebook-da izləyin