“Super Liqa bir nəfərin yox, 12 klubun birlikdə işidir” – Anyelli
“Yuventus”un prezidenti Andrea Anyelli Avropa Super Liqası layihəsi ilə bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Anyelli, növbəti dəfə Avropa futbolunda islahatlara ehtiyac olduğunu bildirib:
“Super Liqa layihəsi uğursuz olmadı. Məncə, Avropa futbolunda islahatlara ciddi ehtiyac var. UEFA bilirdi ki, mən “Yuventus”un prezidenti kimi başqa bir şey üzərində işləyirəm. Super Liqa bir nəfərin yox, 12 klubun birlikdə işidir. 12 klub 120 səhifəlik müqavilə imzalayıb və bu, həmin klublardan 11-i üçün hələ də qüvvədədir. Kompromis artıq seçim deyil, bizə daha dərin islahatlar lazımdır. Futbolun idarəetmə strukturu lazımi səviyyədə deyil. Mən alternativ fikirlər haqqında deyil, sektorun necə idarə olunduğu barədə düşünərdim”.
Ötən ilin aprel ayında “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar Avropa Super Liqasından ayrılıblar.
Bizi Facebook-da izləyin