Super Liqa klubu baş məşqçisiylə vidalaşdı – 9 oyundan sonra

Türkiyənin “Kayserispor” klubu baş məşqçisi Samet Aybaba ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, klub Aybaba ilə qarşılıqlı razılıq əsasında vidalaşıb. Bunu klubun mətbuat xidmətinin rəhbəri Mustafa Tokgöz də təsdiqləyib.

Məlumata görə, “Kayserispor” Super Liqanın 16-cı turu çərçivəsində “Beşiktaş”a məğlubiyyətdən sonra (0:2) baş məşqçi dəyişikliyi ilə bağlı qərar verib.

Bu il noyabrın 9-dan “Kayserispor”u çalışdıran Aybaba bu müddətdə komandaya 9 matçda rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button