“Süni örtüklü meydançaları futbolumuzdan yox etməliyik” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 34-cü turunun “Səbail”lə səfər görüşündən sonra keçirilmiş mətbuat konfransında fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları söyləyib:

“Səbail”in Premyer Liqadan düşməsi ilə bağlı məyusluğumu bildirmək istəyirəm. Qış fasiləsindən sonra çox yaxşı, əzmkar “Səbail” var idi. Bir çox oyunda çoxlu fürsətləri qaçırdılar. Bu oyunda da, həmçinin. Düşünürəm ki, bu da Premyer Liqadan düşməklərinin əsas səbəblərindən oldu. Ümid edirəm ki, ruhdan düşməzlər. “Qəbələ” kimi böyük peşəkarlıq göstərib, Premyer Liqaya dönəcəklər. Neçə illərdir futbolumuza rəng qatırdılar. Futbolçularımı təbrik edirəm. Bu oyuna köklənmək asan deyildi. Keçən tur əsas məqsədimizə nail olmuşduq. Amma futbolçularla danışığımız olub. Bu gün onlar danışıqları düzgün təhlil edib, peşəkarlıq göstərdilər. Əsas məqsəd avrokuboklara hazırlıqdır. Bizim üçün avrokubokların hazırlığının ilk hissəsi olacaq. Qapımızda təhlükəli epizodlar oldu. Top itkilərinə yol verdik. Futbolçular intizamlı idilər. Hər bir komanda bizim üçün doğmadır. Bizi qarşıda son 2 oyun gözləyir.

Bizim üçün xal yox, nəticənin uğurlu olması vacibdir. Keçən illə müqayisədə bu mövsüm daha yaxşı idik, uğurlu nəticələr oldu. İstəyərdik ki, çox xalımız, qələbələrimiz olsun. Xalın nə qədər olması yox, uğurlu nəticə vacibdir.

Futbolda bəzi təhlillərlə razı deyiləm. Onu da tam ortaya çıxarmaq üçün saatlarla zaman lazımdır. Mətbuat konfransı kifayət etməyəcək. Bizdə 90 dəqiqə necə bitib, ona baxılır və şərhlər başlayır. Birinci ildə həmin məqam üçün, həmin heyət üçün, qısa zaman üçün əla nəticə idi, 4-cü olduq. Kimlərsə unudub, mən unutmamışam, hakim səhvləri çox idi. Kuboku qazana da bilərdik. “Sumqayıt”la qarşılaşacaqdıq. 5 ili ümumi təhlil etsəm, hər ilin özünə görə yeri olub. 5-ci yeri tutduğumuz il uğursuz olub. Bu il demək olar ki, çox nadir hallarda hakim səhvləri olurdu. Keçən il demişdim ki, düzələcək. İki dəfə finalda oynamışıq, hər ikisində də şansımız olub ki, qalib gələk. Hər dönəmin özünə görə uğurlu “Zirə”si olub. Səhvlərimiz də olub. Ümumi təhlil etsək, bir mövsümü uğursuz hesab etmək olar. Onda da 5-ci yeri tutmuşduq, 4-cü yerlə eyni xalda idik. Hər şeyi dərin təhlil etmək lazımdır. Bəzi futbolçuların adları qabardılır, o futbolçu, bu futbolçu. Yaxşı olardı ki, o fubtolçuların “Zirə”yə gəldiyi vaxtdakı durumu təhlil olunsun. Əslində bu şeylərin içində böyüyən biriyəm. Demək ki, ən uğurlu “Zirə” budur. Hər dönəmin öz “Zirə”si olub. Legioner limiti ləğv olunub, rəqiblərin hamısı bundan səmərəli istifadə edəcəklər. Bu sezon da uğursuz dönəm oldu, amma azarkeşlər yanımızda olub. Bu gün hər şey yaxşı alındı deyə, danışmaq rahatdır. Hər nəticəyə hazır olmalıyıq. Hər nəticə zamanı da duruşumuzu itirməməliyik.

Bəzi komandalarımız yaxşı, iddialı transferlər edirlər. Bizi sevindirir. Onların da yaxşı performans göstərməsi üçün şərtdir ki, meydanaça şəraiti yaxşı olsun. Tribuna, stadion bir-birini tamamlayır. Süni örtüklü meydanalar azalmalıdır. “Kəpəz”in meydançası var, “Turan Tovuz” təbii örtüyə keçə bilər. Süni örtüklü meydançaları futbolumuzdan yox etməliyik. İstər əsas komandalar, istər akademiyalar süni örtükdən çıxmalıdır. Futbolumuzun inkişafına mane olur. Usta futbolçular süni örtüklü meydançada ehtiyat edirlər. Təbii olaraq belədir. Bizim özümüzdə Yusuf Laval ustalığını bilirik, Portuqaliyadan gətirmişik. Əzələ əməliyyatı ilə qarşılaşdıq. “Turan Tovuz”da Denis Marandiçinin zədəsi. Növbəti dəfə qorxa-qorxa oynayırlar. Bunu birlikdə həll etməliyik. Hamısına vəsait lazımdır. AFFA bu yöndə işlər görür, istəyir ki, bütün komandalar təbii örtüklüdə çıxış etsin. İnanıram ki, yaxın illərdə süni örtükdən qurtulacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button