Süni intellekt “Real”da Benzemanı əvəz edəcək ən yaxşı futbolçunu seçdi

İspaniyanın “Marca” nəşri “Real”da Kərim Benzemanı əvəz edəcək mükəmməl hücumçu tapmaq üçün süni intellekt araşdırması aparıb.

Komanda.az xəbər verir ki, Benzema üçün əvəzedici oyunçu axtarışında süni intellekt “Olocip”dən istifadə edilib. İspaniya nəşri iddia edir ki, bu, konkret komandada istənilən oyunçunun çıxışını təqdim etməyə imkan verən yeganə texnologiyadır.

Benzema üçün potensial əvəzləyici tapmaq üçün əsas meyarlar bunlar olub: oyunçu təmiz “doqquz nömrə” olmalı və yaşı 21-dən yuxarı olmamalıdır. Nəzərə alınan bütün futbolçular 0-dan 100-ə qədər qiymətləndirilib. Burada “0” oyunçunun “Real”da özünü sübut edə bilməyəcəyini bildirir, “100” isə ən yaxşı hücumçunu göstərir.

Süni intellektə görə, “Real” üçün ən yaxşı seçim 92 xal toplayan “Benfika”nın hücumçusu Qonsalo Ramos olub. İkinci yeri 88 xalla “Reyms”in hücumçusu Folarin Baloqun tutub. İlk üçlüyü 80 xalla “Monpelye”nin futbolçusu Elie Vai tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button