“Sumqayıtlı azarkeşlərin məni alqışlaması gözlənilməz oldu” – Zubir

“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində səfərdə “Sumqayıt”ı 6 cavabsız qolla məğlub etdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, təcrübəli futbolçu oyundan sonra jurnalistlərə açıqlamasında öncə bunları söyləyib:

  • Böyük hesablı qələbə qazansaq da, bu, asan olmadı. Rəqib ilk hissədə yaxşı mübarizə apardı və yaxşı müdafiə olundu. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra toparlanıb qələbə qazanmaq asan olmur. Ona görə də bu qələbə bizə daha çox lazım idi.
  • Bəlkə də 6:0-dan daha çox vurduğunuz qol diqqəti cəlb etdi. Bu qolu necə şərh edərdiniz?
  • Filip Ozobiç topu arxaya mənə ötürdü və zərbə endirdim. Hər şey belə baş verdi.
  • “Sumqayıt” klubunun azarkeşləri sizi qoldan sonra alqışladılar. Bu, sizin üçün gözlənilməz olmadı?
  • Təbii ki, gözlənilməz oldu. Onlar da qolu mənimlə sevinclə qeyd etdilər. Həmin andan həzz aldım.
  • Çempionluq yarışında şansları necə qiymətləndirirsiz?
  • Digər komandaların oyununa çox da fikir vermir, əsasən öz oyunlarımıza köklənirik. Hesablamaları mövsümün sonunda aparacağıq. Biz də “Neftçi” kimi çempionluq üçün vuruşuruq.
  • Növbəti tur səfərdə “Qəbələ” ilə çətin matça çıxacaqsız…
  • Düzdü, bizi çətin oyun gözləyir. “Qəbələ” çətin rəqibdi, amma həmin qarşılaşmada da əsas hədəfimiz meydana çıxıb 3 xal qazanmaqdı.
  • Növbəti mövsüm “Qarabağ”da qalacaqsınızmı və sizə transfer təklifləri olubmu?
  • Hazırda yalnız “Qarabağ”ın oyunlarına köklənmişəm və bu barədə danışmaq istəmirəm.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button