
“Sumqayıt”ın yay hazırlıq planı bilindi
“Sumqayıt”ın yay hazırlıq planı məlum olub.
Komanda.az kluba istinadən xəbər verir ki, iyulun 7-dən etibarən yeni mövsümün hazırlıqlarına start verən komanda məşqlərini iyulun 24-dək “SOCAR Polymer Arena”da keçirəcək.
Ayın 25-də Qəbələyə yola düşəcək “kimyaçılar” hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.
Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Rəqiblərin kimliyi və oyunların keçirilmə vaxtı hələlik bəlli deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



