Azərbaycan millisinin üzvü 6 ay yaşıl meydandan uzaq qalacaq

“Sumqayıt”ın və Azərbaycan milli komandasının futbolçusu Elvin Bədəlov əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Qəbələ” matçının (0:0) 20-ci dəqiqəsində zədələnərək əvəzlənən müdafiəçi Almaniyada uğurlu əməliyyat keçirib.

Bədəlov 6 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button