“Sumqayıt”ın şikayəti təmin olunmadı

“Sumqayıt” klubunun apellyasiya şikayəti təmin edilməyib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Milli assosiasiyanın İntizam Komitəsinin Gənclər Liqasında “Sumqayıt” komandasının baş məşqçisi Kənan Hacıyevə verdiyi 5 oyunluq cəza qüvvədə saxlanılıb.

Mütəxəssis “Zirə” ilə matçda hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button