
“Sumqayıt”ın sabiq baş məşqçisi Rusiya klubu ilə anlaşıb
“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqanın yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, belaruslu mütəxəssis karyerasını Rusiyada davam etdirəcək. 44 yaşlı mütəxəssis FNL-2 təmsilçisi “Leninqradets”lə anlaşıb. Müqavilənin müddəti 2025/2026 mövsümünün sonunadək qüvvədə olacaq.
Baqa məşqçi karyerasına ölkəsinin BATE klubunda başlayıb. O, 2022-ci ildə “Sumqayıt”da işləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



