
“Sumqayıt”ın rəqibi yeni futbolçu transfer edib
“Sumqayıt”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Macarıstanın “Fehervar” klubu heyətinə yeni futbolçu cəlb edib.
Komanda.az Sekeşfehervar klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Matyas Kovaç icarə əsasında “qırmızı-göylər”in formasını geyinəcək.
Hücumçu müqavilə əsasında Macarıstanın MTK klubuna məxsusdur.
21 yaşlı futbolçu ölkəsinin U-21 millisinin şərəfini qoruyur.
“Sumqayıt” “Fehervar”la Konfrans Liqasında ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin