“Sumqayıt”ın Rusiya klubu ilə oyununun vaxtı müəyyənləşib

Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” klubunun Rusiya təmsilçisi “Orenburq”la matçının vaxtı müəyyənləşib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılşama sabah Qızılcahamam stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

“Sumqayıt” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button