“Sumqayıt”ın rəqibi yeni transferlə anlaşmanı ləğv edib

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”ın rəqibi olan “Fehervar”ın yeni transferi komandaya gəlməkdən imtina edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Corc Dobson Macarıstan təmsilçisinin formasını geyinməyəcək.

Daha əvvəl müqavilə imzalanmış və iyulun 1-də kollektivə qoşulmalı olan ingiltərəli yarımmüdafiəçi “Fehervar”da oynamayacaq. 26 yaşlı futbolçu ailə məsələləri ilə bağlı belə qərar verib. Buna görə də tərəflər arasında imzalanan sözləşmə ləğv olunub. Klub həmin mövqeyə yeni oyunçu axtarır.

“Sumqayıt”ın “Fehervar”la ilk oyunu iyulun 25-də Azərbaycanda, cavab görüşü isə iyulun 31-də Macarıstanda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button