
“Sumqayıt”ın rəqibi heyətinə yeni futbolçu cəlb edib
“Sumqayıt”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan Macarıstan təmsilçisi “Fehervar” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Sekeşfehervar klubu “Puşkaş Akademiya”nın üzvü Gerqo Omingeri icarə əsasında heyətinə qatıb.
Macarıstanın U-21 millisinin üzvü yarımmüdafiə xəttində çıxış edir.
“Sumqayıt” “Fehervar”la ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin