“Sumqayıt”ın planında dəyişiklik oldu
Növbəti mövsümə hazırlığın 2-ci mərhələsi üçün Türkiyəyə yollanan “Sumqayıt”ın təlim-məşq planında dəyişiklik olub.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, meydançaların yaxşı vəziyyətdə olmaması ilə əlaqədar komanda toplanışını Boluda deyil, Ankaranın Qızılcahamam bölgəsində keçirəcək.
Qızılcahamamda məskunlaşan “kimyaçılar” plana əsasən bu günü iki məşqlə başa vuracaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin