“Sumqayıt”ın legionerinin ayağı qırıldı – VİDEO
“Sumqayıt”ın futbolçusu Kristian Velinovskinin Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “Lerik”ə qarşı matçda ayağı qırılıb.
Komanda.az xəbər verir ki, matçın 23-cü dəqiqəsində “Lerik”in futbolçusu Rahid Ağazadə şimali makedoniyalı oyunçuya qarşı açıq ayaqla kobud oynayıb.
Nəticədə Velinovskinin ayağı qırılıb. O, təcili tibbi yardım maşını ilə xəstxanaya aparılıb. Ağazadə isə qırmızı vərəqə alaraq meydandan qovulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin