“Sumqayıt”ın legioneri “Asiya Futbol Mükafatları”na namizədlər arasında

“Sumqayıt”ın üzvü İsa Suliman “Asiya Futbol Mükafatları”nın ən yaxşı kişi futbolçu nominasiyası üzrə namizədlər arasında yer alıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 25-də İngiiltərənin “Uembli” stadionunda keçiriləcək tədbirdə futbolçunun rəqibləri Yan Dhanda (“Harts”, Şotlandiya) və Hamza Çodhuri (“Lester”, İngiltərə) olacaq.

“Asiya Futbol Mükafatları” Hindistan, Pakistan, Banqladeş, Şri-Lanka, Əfqanıstan, Nepal, Butan və Maldiv adalarından olan futbolçuları əhatə edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button