“Ağlımız “Sumqayıt”da qalsa, bu oyuna köklənə bilməyəcəyik”

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Çukariçki”nin baş məşqçisi Duşan Corceviç komandasının yeni mövsümə hazırlıqları barədə fikirlərini söyləyib.

Komanda.az xəbər verir ki, Serbiya mətbuatına danışan Corceviç, komandanın durumu ilə bağlı bunları deyib:

“Komandanın tam hazır olub-olmadığını deyə bilmərəm. Ümid edirəm ki, hazır olmağa yaxınıq. Serbiyaya qayıdıb, 2-3 gün istirahət edəcəyik və sonra çempionatda ilk oyunumuz olacaq. İlk rəsmi matçımızda qələbə qazanmaq istəyirik.

Çempionat oyunundan sonra Konfrans Liqasında matçımız var. Bütün diqqətimizi “Sumqayıt”la oyuna cəmləməməliyik. Çünki daxili çempionatda uğurlu çıxışımız bizə yeni imkanlar qazandıra bilər. Ümid edirəm ki, futbolçular hər iki oyunun mahiyyətini başa düşür. Ağlımız “Sumqayıt”da qalsa, bu oyuna köklənə bilməyəcəyik”.

“Çukariçki” Serbiya çempionatında ilk oyununu iyulun 16-da “Vozdovaç”a qarşı keçirəcək.

“Çukariçki” “Sumqayıt”la ilk matçını iyulun 21-də Serbiyada keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button