“Sumqayıt”ın keçmiş baş məşqçisi “Şaxtyor”la anlaşdı
“Sumqayıt”ın sabiq çalışdırıcısı Aleksey Baqa Belarusun “Şaxtyor” (Soliqorsk) komandası ilə anlaşıb.
Komanda.az “Football.by”-yə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisinin sentyabrda istefaya göndərdiyi 41 yaşlı baş məşqçi keçmiş klubu ilə müqavilənin bütün detallarını razılaşdırıb.
Belarus klubu baş məşqçi Miliç Çuriçiçlə vidalaşmağa hazırlaşır. O, yaxın günlərdə istefaya göndəriləcək və Baqa ictimaiyyətə təqdim olunacaq.
Baqa 2021-ci ildə “Şaxtyor”un “sükanı arxasında” olub və kluba 2-ci ölkə çempionluğunu qazandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin