“Sumqayıt”ın hazırlıq planı müəyyənləşdi
“Sumqayıt”ın yay hazırlıq planı məlum olub.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Samir Abasovun komandası iyulun 3-dən 17-dək Ankaranın Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçirəcək.
“Gənclik şəhəri” təmsilçisi bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.
Bildirilir ki, rəqiblərin kimliyi və oyunların tarixi qarşıdakı günlərdə açıqlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin