“Sumqayıt”ın futbolçusu 100-ə çatdı

“Sumqayıt”ın futbolçusu Xəyal Nəcəfov Premyer Liqada 100-cü oyununu keçirib.

Komanda.az xəbər verir ki, bu, 22-ci turun “Qarabağ”la görüşünə (1:4) təsadüf edib. O, ölkə çempionatında yalnız bir klubun şərəfini qoruyub.

Debütü 2014/15 mövsümünə təsadüf edən Nəcəfov 100 çempionat matçını “Sumqayıt”da keçirib. O, klub tarixinə Premyer Liqada 100 və daha çox matça çıxan 4-cü oyunçu kimi düşüb.

Xəyala qədər Vurğun Hüseynov (178), Bəxtiyar Həsənalızadə (158) və Slavik Alxasov (126) buna nail olub.

Nəcəfov 100 matçda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button