“Sumqayıt”ın futbolçusu karyerasını bitirdi: “Heç vaxt ağlıma gəlməzdi ki…”
“Sumqayıt”ın futbolçusu Nicat Qurbanov karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçi “facebook” hesabında paylaşım edib:
“Heç vaxt ağlıma gəlməzdi ki, qərarı belə tez açıqlayacam. Həyat adamı bəzən sevdiyi işdən ayrı salır. Bu gün peşəkar karyeramla bağlı son şəklimi paylaşıram. Çox çətin və tez olsa belə, getmək vaxtı olduğunu düşündüm. Çox məşqçilər tanıdım, çox futbolçularla bir yerdə oynadım. Yaxşısı da oldu, pisi də. Amma pisləri elə futbolda saxladım, yaxşılar isə həmişə mənimlə olacaq. 11 yaşımdan çıxdığım bu çətin və çox maraqlı yol bu gün bitdi. Bu 16 il ərzində məni az da olsa dəstəkləyən hamıya təşəkkürümü bildirirəm”.
Nicat Qurbanov karyerası ərzində “Neftçi”, “Kəpəz”, “Zirə” “Simurq” və AZAL-da çıxış edib.
Bizi Facebook-da izləyin