“Sumqayıt”ın futbolçusu bu il meydana çıxa bilməyəcək
“Sumqayıt”ın futbolçusu İsa Suliman üçün 2023-cü il bitib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli müdafiəçi əməliyyat olunub.
Azərbaycan Premyer Liqasının 10-cu turunun “Sabah”la oyununda zədələnən 25 yaşlı futbolçuya medial menisk yırtığı diaqnozu qoyulub. Türkiyənin paytaxtı Ankaradakı “Acıbadem” xəstəxanasında aparılan əməliyyat uğurlu keçib.
Bu gün Sumqayıta dönəcək İsa Sulimanın bərpa prosesinə burada davam ediləcək. Onun təxminən iki aydan sonra çalışmalara başlayacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin