“Sumqayıt”ın futbolçusu 100-ə çatdı

Vüqar Mustafayev “Sumqayıt”ın heyətində Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.

Komanda.az xəbər verir ki, kapitanın yubileyi 7-ci tura təsadüf edib.

29 yaşlı futbolçu “Turan Tovuz”la ev matçına (0:0) kapitan sarğısı ilə çıxıb. Yarımmüdafiəçi 2019/2020 mövsümündən şərəfini qoruduğu “Sumqayıt”ın heyətində qol hesabını açmayıb. Mustafayev klub tarixində Premyer Liqada 100 və daha çox matç keçirən 5-ci oyunçudur.

Sumqayıtlılar 2011/2012 mövsümündən yüksək dəstədə mübarizə aparırlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button