“Sumqayıt”ın futbolçusu əməliyyat olundu

“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayev əməliyyat olunub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi sağ dizində zədəyə bağlı yaranmış osteofit çıxıntılar səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyub.

Mustafayevin əməliyyatı Bakıdakı özəl klinikaların birində baş tutub və uğurlu alınıb. Onun iki ay ərzində yenidən yaşıl meydanlara dönməsi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button