“Sumqayıt”ın ayağı sınan futbolçusu əməliyyat olundu
“Sumqayıt”ın ayağı sınan futbolçusu Kristian Velinovskinin əməliyyatı uğurla başa çatıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun ayağı 14 gün müddətində gipsdə olacaq.
Bu müddət ərzində xəstəxanada qalacaq yarımmüdafiəçi 4 həftə sonra artıq əl ağacı olmadan yeriyə biləcək.
Kristian 3-4 ay sonra məşqlərə başlaya biləcək.
Xatırladaq ki, Velinovski ötən gün baş tutan ölkə kubokunun “Lerik”lə oyununda ağır zədə ilə üzləşmişdi. Rəqib futbolçu matçın əvvəlində açıq ayaqla şimali makedoniyalı oyunçunun qıçını sındırmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin