“Sumqayıt”da koronavirusa yoluxan futbolçuların son durumu bilindi
“Sumqayıt”ın 18 futbolçusunda koronavirus aşkarlandığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, “kimyaçılar”da aktiv xəstələrin müalicəsi hələ də davam edir. Bu barədə “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov saytımıza açıqlamasında deyib.
O, koronavirusa yoluxan futbolçuların hələ müalicə olunduğunu və bu müddət başa çatmadığı üçün test vermədiklərini bildirib.
Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları klublarda koronavirusa kütləvi yoluxma halları olduğu üçün təxirə salınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin