“Sumqayıt”ın 1237 günü
“Sumqayıt” Azərbaycan Premyer Liqasında üç il beş aydan sonra rəqib meydanında 3 qol vurub.
Komanda.az xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu komanda 28-ci turda “Turan Tovuz”u məğlub edib.
“Gənclik şəhəri” təmsilçisinin sonuncu belə məhsuldarlığı 2019/2020 mövsümündə qeydə alınıb. Tovuz səfərindən 1237 gün əvvəl 2019-cu il noyabrın 10-da “Sabah”ın qonağı olan komanda 3:1 hesablı qələbə qazanıb.
Bundan sonrakı 46 səfər oyununda “Sumqayıt” ikidən çox qol vura bilməyib. 19 dəfə qolsuz qalan komanda 20 matçda 1, 7 qarşılaşmada 2 dəfə fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin