
“Sumqayıt”ı son iki oyuna çıxaracaq məşqçinin adı məlum olub
“Sumqayıt”ı Azərbaycan Premyer Liqasının son iki oyununa çıxaracaq şəxs müəyyənləşib.
Komanda.az kluba istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi müvəqqəti olaraq Vurğun Hüseynova tapşırılıb.
“Sumqayıt” bu gün baş məşqçi Vaqif Cavadovla vidalaşdığını açıqlayıb.
“Kimyaçılar” 35-ci turda “Turan Tovuz”la, 36-cı turda “Səbail”lə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



