“Sumqayıt”dan yeni transfer

“Sumqayıt” klubu Kamran Əliyevin transferini açıqlayıb.

Klubdan Komanda.az-a verilən məlumata görə, Rusiyanın “Arsenal” (Tula) klubunda çıxış edən 25 yaşlı hücumçu “kimyaçılar”la münasibətləri rəsmiləşdirib.

Azərbaycanın U-21 yığmasının keçmiş futbolçusu yeni klubu ilə 2,5 illik müqavilə imzalayıb. Əliyev “Sumqayıt”da 23 nömrəli formanı geyinəcək.

Rusiyanın “Ximki” klubunun yetirməsi olan Kamran Əliyev karyerası ərzində “SKA Xabarovsk” və “Arsenal”da da çıxış edib. O, 21 yaşa qədər futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində 2 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button