
“Sumqayıt”dan Türkiyədə ardıcıl 3-cü məğlubiyyət
Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri “Qaziantep” ilə qarşılaşıb.
Sumqayıtlılar bu oyunda 1:2 hesabı ilə məğlub olublar. Azərbaycan təmsilçisinin yeganə qoluna 84-cü dəqiqədə Xəzər Mahmudov imza atıb.
“Sumqayıt” daha öncə Türkiyənin “Keçiörengücü” (1:2) və “Sivasspor” (0:2) klublarına da uduzmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin