
“Sumqayıt”dan son sınaq matçında qələbə
Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Sumqayıt” bu gün təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, bu komanda MOİK-lə qarşılaşıb.
“Sumqayıt Arena”da start götürən qarşılaşmada Vaqif Cavadovun yetirmələri 3:2 hesablı qələbə qazanıb. Qalib komandanın qollarını Georgi Xaraişvili, Kamran Quliyev və Rövlan Muradov rəqib qapısından keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin