“Sumqayıt”dan “Neftçi”yə növbəti keçid

“Neftçi” Azərbaycan milli komandasının üzvü Elvin Bədəlovu transfer edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan Bədəlov 2014-2017-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Sonuncu klubu “Sumqayıt”da (2019-2025) “Neftçi”nin indiki baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da çıxış edib. O, millidə 10 oyun keçirib.

“Neftçi” bu gün “Sumqayıt”dan ayrılmış digər futbolçu Murad Xaçayevi də heyətinə qatdığını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button