
“Sumqayıt”dan Danimarka klubuna
Yaponiyalı yarımmüdafiəçi Masaki Murata “Sumqayıt”dan ayrılıb.
Komanda.az xəbər verir ki, 24 yaşlı futbolçu bundan sonra Danimarkada forma geyinəcək.
O, sözügedən ölkənin “Vayle” klubuna keçib. Tərəflər 3 illik müqaviləyə imza atıblar.
Xatırladaq ki, Murata 2023-cü ilin yanvarından “Sumqayıt”ın uğurları üçün çalışırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin