
“Sumqayıt”dan ayrılan futbolçu ölkəsinə qayıtdı
“Sumqayıt”ın futbolçusu Giorgi Karaişvili ölkəsi Gürcüstana qayıdıb.
Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Dinamo”ya (Tiflis) keçib.
Gürcüstanlı futbolçu ötən ilin sentyabrında “Sumqayıt”a transfer olunmuşdu. Onun Sumqayıt təmsilçisi ilə müqaviləsinin müddəti “1+2” illik idi.
Yarımmüdafiəçi “Sumqayıt”ın heyətində meydana çıxdığı 21 oyunda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



