“Sumqayıt”da yeni qapıçı – Rəsmi

“Sumqayıt” heyətini yeni qapıçı ilə gücləndirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi ötən mövsümü “Qəbələ”də keçirmiş Rəşad Əzizli ilə müqavilə imzalayıb.

Qolkiperlə müqavilənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. 30 yaşlı qapıçı 94 nömrəli formada çıxış edəcək.

“Sumqayıt” bu günə qədər Rəhim Sadıxov, Fernando Medeyros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias, Miloş Miloviç və Giorgi Karaişvilinin keçidini reallaşdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button