“Sumqayıt”da yeni müqavilə
“Sumqayıt” klubu futbolçusu Murad Xaçayevlə müqavilənin müddətini uzadıb.
Komanda.az kluba istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik sözləşmə imzalanıb.
Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yetirməsi olan Xaçayev 2018-ci ildən “Sumqayıt”da çıxış edir. O, bu müddət ərzində 84 qarşılaşmada meydana çıxıb və 6 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin