“Sumqayıt”da yeni müqavilə – Rəsmi

“Sumqayıt” futbol klubu daha bir futbolçusuyla müqavilə müddətini artırıb.

Komanda.az xəbər verir ki, “Sumqayıt” yarımmüdafiəçisi Vüqar Mustafayevlə yeni müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi daha 1 il “Sumqayıt”ın uğurları üçün çalışacaq.

2019/2020 mövsümündən “Sumqayıt”da çıxış edən Vüqar Mustafayev 15 oyunda ümumilikdə 1346 dəqiqə meydanda olub.

“Sumqayıt” daha əvvəl Mehdi Cənnətov, Elvin Bədəlov, Vurğun Hüseynov, Rəhim Sadıxov, Cəmaləddin Xocaniyazovla müqavilə müddətini artırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button