“Sumqayıt”da növbəti ayrılıq

Daha bir futbolçu “Sumqayıt”dan ayrılıb.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin də formasını geyinən Əli Babayev “kimyaçılar”ı tərk edib. Bu barədə o, şəxsi “facebook” səhifəsi vasitəsilə məlumat yayıb. 2018-ci ilin yayında “Sumqayıt”a transfer olunan Əli, hazırda Azərbaycan millisinin təlim-məşq toplanışında iştirak edir.

“Sumqayıt”da bir müddət əvvəl Elvin Məmmədov və Cavid Tağıyev də klubu tərk etmişdi. Məmmədov “Zirə”yə, Tağıyev isə “Sabah”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button