“Sumqayıt”da kuryoz olay: Hakim qolu saymaq istəmədi
Futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunun “Sumqayıt” – “Qarabağ” matçında kuryoz hadisə qeydə alınıb.
Komanda.az xəbər verir ki, matçın 20-ci dəqiqəsində Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç rəqib qapısına yol tapsa da, qapı toru ilə bağlı problem arenaya toplaşan hər kəsi çaşdırıb.
Belə ki, qonaqlar qolu bayram edərkən hakimin qolu qeydə almadığını görüb və dərhal onların üzərinə hücum çəkiblər. Buna isə topun qapı torunu deşərək çölə çıxması səbəb olub. Baş hakim Orxan Məmmədov yan xətt hakimi ilə söhbət edərkən onlara qulaqcıq vasitəsilə topun qapıya daxil olduğunu bildiriblər. Hakimlər də yalnız ondan sonra qolu qeydə alıblar.
Qeyd edək ki, hakimlərə bu işdə “Sumqayıt”ın müdafiəçiləri Vurğun Hüseynovla Rail Məlikov da az yardımçı olmadı. Məhz onlar ədalət təmsilçilərinə epizodun qol olduğunu etiraf ediblər.
Bizi Facebook-da izləyin