“Sumqayıt”da ispan məşqçi – RƏSMİ

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, ispaniyalı məşqçi Edu Karo ilə 1 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, UEFA “A” kateqoriyalı məşqçi Edu Karo İspaniyanın “CF Esplugenc”, “CF Damm”, “Terrassa FC”, “CF Gavà” və Səudiyyə Ərəbistanının “Al-Hilal” komandalarında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button