“Sumqayıt”da braziliyalı futbolçu – Rəsmi

2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Komanda.az kluba istinadən xəbər verir ki, “kimyaçılar” son mövsümü Albaniya “Eqnatiya”sında keçirmiş Fernando Medeiros ilə 2+1 illik müqavilə imzalayıb.

28 yaşlı braziliyalı yarımmüdafiəçi 11 nömrəli formada çıxış edəcək.

Braziliyanın “Santos” klubunun yetirməsi olan Fernando Medeiros karyerası ərzində “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense” kimi komandaların şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button