“Sumqayıt”da ayrılıq
“Sumqayıt”ın idman direktoru Zamiq Hüseynovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hüseynova kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Daha öncə PFL-in Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəhbəri olan Zamiq Hüseynov 2018-ci ildən “Sumqayıt”ın idman direktoru kimi çalışdığı dövrdə komanda 2 dəfə avrokuboklara vəsiqə qazanıb, 2 dəfə Azərbaycan Kubokunun finalçısı olub, 1 dəfə isə Premyer Liqanın bürünc medallarına yiyələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin