“Sumqayıta qələbə üçün gəlmişdik” – Azər Məmmədov
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Premyer Liqanın 9-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bizim üçün çox vacib oyun idi. Bizə xal lazım idi. Xal ehtiyatını artırmağı düşünürdük. Sumqayıta qələbə üçün gəlmişdik. Uşaqlar əsasən də birinci hissə yaxşı oynadılar. Kənardan baxanda da görünürdü ki, biz üstünük. İkinci hissə başlayanda futbolçular təşəbbüsü əldən verdilər. Amma sonra yenə vəziyyət düzəldi. Məğlubiyyət alınası oyun deyildi. Amma reallıq budur ki, uduzduq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin