“Sumqayıt” yeganə klubdur ki, onun oyununa gedəndə…” – Yurçeviç
“Sumqayıt” yeganə klubdur ki, onun oyununa gedəndə bilirəm ki, görəcəyim bütün futbolçuları milliyə dəvət edə bilərəm. Digər komandalarda isə heyətin yarıdan çoxu legioner futbolçulardır. Bəzi komandaların oyununa gedirəm ki, hansısa bir futbolçunun oyununa baxım. Amma baş məşqçi onu əsas heyətdə meydana buraxmır, ya 18-likdə olur, ya da ümumiyyətlə, heyətə salınmır”.
Komanda.az xəbər verir ki, bu sözləri futbol üzrə milli komandamızın baş məşqçisi Nikola Yurçeviç “Azərbaycan radiosu”na müsahibəsində deyib. Xorvat mütəxəssis Əli Babayevi milliyə dəvət etməsinə də münasibət bildirib:
“Mən onu Qara Qarayevə alternativ futbolçu kimi milliyə dəvət etmişəm. Onun milliləşmiş futbolçu olması mənim üçün maraqlı deyil. Mənim üçün əsas olan milliyə çağırdığım futbolçunun Azərbaycan pasportunun olmasıdır”.
Bizi Facebook-da izləyin