“Sumqayıt” Türkiyə klubuna uduzdu
Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
Komanda.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı komanda Türkiyənin “Diyarbəkirspor” klubu ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 11:00-da başlayan matçda ötən gün “Ahal”la (Türkmənistan) oyunda forma geyinmək şansı qazanmayan futbolçular iştirak ediblər. Oyun “Sumqayıt”ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
“Ahal”a 1:0 qalib gələn “Sumqayıt” daha öncə Rumıniyanın “Petrolul” klubu ilə heç-heçə edib – 2:2. Əvvəlcə Türkiyədə 4 yoxlama oyunu keçirəcəyini açıqlayan “Sumqayıt”ın “Diyarbəkirspor”la oynaması planda yox idi. Amma komandanın bu ayın 29-da Türkiyə Super Liqa təmsilçisi “Gənclərbirliyi” və avqustun 1-də isə 1-ci Liqa təmsilçisi “Akhisarspor” qarşılaşacağı öncədən bəlliydi.
Yoxlama oyunu
25 iyul
Sumqayıt – Diyarbəkirspor (Türkiyə) 0:1
Bizi Facebook-da izləyin