
“Sumqayıt” Türkiyəyə yollandı
“Sumqayıt” 2022/23 mövsümünün ikinci yarısının hazırlığı üçün Türkiyəyə yollanıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Antalyada qış təlim-məşq toplanışı keçirəcək “kimyaçılar” yanvarın 18-dək qonşu ölkədə olacaq.
Komanda hazırlıq prosesində iki yoxlama matçı keçirməyi planlaşdırır.
Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı yanvarın 24-də start götürəcək. “Sumqayıt” yanvarın 25-də “Zirə”nin qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin